Sualınız var? +994 50 224 48 48 nömrəsi və ya [email protected] ünvanı ilə əlaqə saxlayın

Permolak Su Əsaslı Akrilik Astar

  • Boya sərfini azaldır
  • Rəng dalğalanmalarını aradan qaldırır

Permolak Su Əsaslı Akrilik Astar, emulsiya əsaslı, qırıq ağ rəngli daxili və xarici fasad astarıdır. Səthlərə mükəmməl nüfuz edərək boyanın yapışa biləcəyi möhkəm bir baza yaradır. Dolğulu xüsusiyyəti ilə kobud səthləri doyuraraq son qat boyanın sərfiyyatını azaldır. Tətbiq edildiyi səthdə ağ bir film təbəqəsi buraxaraq gələcək boyanın örtücülüyünü artırır. Məsaməli quruluşu sayəsində divarın nəfəs almasına mane olmur və yüksək buxar keçiriciliyi təmin edir. Səthə nüfuz edərək onu möhkəmləndirir, erkən qurumanı önləyir. Müxtəlif udma səviyyəsinə malik səthlərdə son qat boyada yaranan rəng dalğalanmalarını aradan qaldırır. Örtücülüyü ilə köhnə boyalı səthlərdə rəng dəyişimi zamanı boya sərfini azaldır və iş prosesini asanlaşdırır. Çox uducu və tozlanan səthlərdə Permolit Permobinder, solvent əsaslı boyadan su əsaslı boyaya keçid üçün isə Permolit Permoset Keçid Astarı tövsiyə olunur.

Permolak Su Əsaslı Akrilik Astar Texniki Xüsusiyyətləri

  • Görünüş: Düz səth təsiri, astar
  • Rəng: Qırıq ağ
  • Viskozite: 113 ± 5 KU/25°C
  • Sıxlıq: 1.61 ± 0.02 qr/sm³
  • Quru Maddə: 67 ± 2 (120°C-də 30 dəq)
  • pH: 8.5 ± 1
  • Sərfiyyat: Səthin udma qabiliyyətindən asılı olaraq, 14–20 m²/kq (22–32 m²/L). Dəqiq sərfiyyat üçün nəzarətli nümunə işi məsləhət görülür.
  • Quruma müddəti:
    • Toxunma quruluğu: 30 dəqiqə (23°C, 50% RH)
    • Tam quruma: 24 saat
    • Son qat boya tətbiqi: 6 saat
  • Parlama nöqtəsi: Yoxdur (Parlamır).
  • Qablaşdırma: 15 kq (8.8 L), 2.5 kq (1.45 L), 1 kq (0.6 L).

Səthin Hazırlanması

Yeni suvaqlı səthlər:
Səthlər toz, kirlər və möhkəm yapışmayan zəif təbəqələrdən təmizlənməli və quru olmalıdır.

Səthdəki çatlar və qüsurlar:
Daxili fasadlarda Permolit Permomacun Su Əsaslı Super Akrilik Daxili Fasad Macunu, xarici fasadlarda isə Permolit Permomacun Su Əsaslı Super Akrilik Xarici Fasad Macunu ilə düzəldilməli, zımparalanmalı və macunlanmış sahə Permolit Permobinder ilə astarlanmalıdır.

Köhnə boyalı səthlər:
Səthlər çirk, toz, soyulmuş və qopmuş boya təbəqələrindən təmizlənməli və quru olmalıdır. Səviyyə fərqləri və zəmindəki qüsurlar yuxarıda göstərilən məhsullarla düzəldilməli və yalnız macunlanmış sahələr Permolit Permobinder ilə astarlanmalıdır.

İncəltmə və Tətbiq

  • İncəltmə: %100 su ilə
  • Tətbiq: Hazırlanmış səthlərə fırça, rulo və ya püskürtmə ilə kölgə takibi edərək tək qat tətbiq olunur. Son qat boya ən azı 6 saat sonra tətbiq edilməlidir.

Oxşar Məhsullar

SİFARİŞ FORMU