- Boya sərfiyyatını azaldır
- Mükəmməl performans təmin edir
- Rəng dalğalanmalarının qarşısını alır
Permokapar Silikonlu Üniversal Örtücü Astar, su əsaslı, akrilik emulsiyalı, silikon əlavəli, daxili və xarici səthlər üçün örtücü astar boyadır. Astar tətbiqindən əvvəl hazırlığı tamamlanmış hər cür daxili və xarici tikinti elementləri üzərində istifadə edilə bilər. Xüsusilə rəng keçidlərində tövsiyə olunur.
Səthlərə mükəmməl nüfuz edərək son qat boyanın yapışa biləcəyi möhkəm bir baza yaradır. Dolğu xüsusiyyəti ilə xam səthləri doyuraraq son qat boya sərfini azaldır. Tətbiq edildiyi səthdə ağ bir film təbəqəsi yaradaraq son qat boyanın örtücülüyünü artırır. Gözenekli quruluşu sayəsində divarın nəfəs almasına mane olmur, buxar keçiriciliyi yüksəkdir. Silikon tərkibi ilə səthi yağış kimi atmosfer təsirlərinə qarşı qoruyur. Erkən qurumanın qarşısını alır. Müxtəlif sorucu xüsusiyyətlərə malik səthlərdə son qat boyada yaranan rəng dalğalanmalarını önləyir. Örtücüdür, köhnə boyalı səthlərin rəng dəyişməsində boya sərfini azaldır və işçiliyi asanlaşdırır. Çox sorucu və tozlanan səthlərdə Permolit Permobinder, solvent əsaslı boya tətbiq olunmuş səthlərdə su əsaslı boyaya keçiddə isə Permolit Permoset Keçid Astarı istifadə edilməlidir.