HAQQIMIZDA
İnşaat, enerji və sənaye üçün güvənli tərəfdaşınız!
Master Tools” MMC 10 ildən çox təcrübəsi ilə Neft və Qaz, Tikinti, İstehsalat, Kənd Təsərrüfatı, Nəqliyyat, Enerji, Dağ-Mədən, Mühəndislik və Kimya kimi müxtəlif sənaye sahələrinə yüksək keyfiyyətli avadanlıq və məhsulların təchizatını həyata keçirən etibarlı şirkətdir. Biz müştərilərimizin ehtiyaclarını dəqiq anlayaraq, onların tələblərinə cavab verən həlləri ən qısa müddətdə və ən yüksək standartlara uyğun təqdim etməyə çalışırıq.
Avropa standartlarına cavab verən məhsullarımızla yanaşı, peşəkar servis mərkəzimiz vasitəsilə müştərilərimizə davamlı texniki dəstək və zəmanət təklif edirik. Müasir texnologiyalarla təchiz olunmuş təchizatlarımız sənayenin inkişafına töhfə verir və hər zaman keyfiyyətə önəm veririk.
Keyfiyyətli Avadanlıqlar, Güclü Nəticələr!
Master Tools, sənaye sahəsində dünya miqyasında tanınmış bir çox məşhur markalarla əməkdaşlıq edir. Bunlar arasında Miller, Antica Signoria, Bosch, Egesan, Yıldız, Permolit, Rothenberger, Hobart, Loctite, Leica, Fluke və daha bir çoxu var. Bu əməkdaşlıqlar, müştərilərə ən son texnologiyalara sahib avadanlıqlar təqdim etməklə yanaşı, məhsulların keyfiyyətinə də zəmanət verir.
Bu əməkdaşlıqlar, yalnız məhsulların təchizatı ilə məhdudlaşmır, eyni zamanda müştərilərə müasir texnologiyalar və texniki dəstək təmin edir. Master Tools, tərəfdaş markalarının ən son innovativ avadanlıqlarını Azərbaycanda tətbiq etməklə, müştərilərə keyfiyyətli, təhlükəsiz və uzunömürlü məhsullar təqdim edir. Hər bir marka, öz sahəsində etibarlı və qabaqcıl texnologiyaları ilə fərqlənir və bu, Master Tools-un müştərilərinə davamlı performans və yüksək standartlar təqdim etməsinə imkan yaradır.
Vizionumuz
Regionda bir Azerbaycan şirkəti olaraq Neft Qaz, İnşaat və digər Sənaye layihələrinin ən aparıcı təchizatcılarından biri olmaqdır.
Missiyamız
Müştəri ehtiyacını düzgün şəkildə başa düşmək , bu tələbləri ən uyğun qiymətə, müasir texnika və avadanlıqlarla ən qısa vaxtda dolduraraq ölkə Sənayesinin inkişafına töhvə verməkdir.