- Peşəkar
- Nəfəs alan səthlər
- Asan tətbiq
- Mükəmməl örtücülük
- Ekstra ağlıq
- Sıçramaz
- Ekstra məsrəf effekti
Permolit Super Tavan Boyası EN 5808 standartına uyğundur.
Permolit Super Tavan Boyası, su əsaslı, akrilik emulsiyaya əsaslanan, tam mat, dekorativ, son qat tavan boyasıdır. Boyaya hazırlıq işləri tamamlanmış hər növ daxili tikinti elementlərinə tətbiq oluna bilər. Hər səthə mükəmməl yapışır, yüksək örtücülük gücünə malikdir, çatlama, qabarma və soyulma etməz. Tavanların nəfəs almasını təmin edən xüsusiyyətlərə malikdir. Tətbiq olunan səthlərə tam mat və dekorativ görünüş verir. Asan tətbiq olunma xüsusiyyəti və ekstra matlığı ilə səthin qüsurlarını gizlədir. Hamam və mətbəx daxil olmaqla, hər səthdə birinci və son qat olaraq istifadə edilə bilər. Qoxusuz və sararmayan boyadır.
Permolit Super Tavan Boyası Texniki Xüsusiyyətləri
- Görünüş: Mat, hamar görünüşlü tavan boyası.
- Rəng: Ağ
- Viskozite: 145 ± 5 KU
- Yoğunluq: 1.79 ± 0.02 qr/sm³
- Qatı Maddə: 72 ± 2 (120°C 30 dəq).
- pH: 8.5 ± 1
- Sərfiyyat Miqdarı: Tək qat üçün 6 – 7 m²/kq (11 – 15 m²/L)
- Dəqiq sərfiyyat üçün nümunə ilə yoxlama tövsiyə edilir.
- Quruma Vaxtı: Toxunuş üçün quruma 30 dəq
- (23°C 50% RH) Tam quruma 24 saat
- Qatlar arasında gözləmə vaxtı 4-6 saat
- Alovlanma Nöqtəsi: (Alovlanmaz)
- Qablaşdırma Şəkli:
- 20 kq (10.8 L)
- 17.5 kq (9.4 L)
- 10 kq (5.4 L)
- 3.5 kq (1.9 L)
- 1 kq (0.5 L).
Boyama Əvvəli Necə Hazırlıq Görülməlidir?
Yeni suvaqlı səthlər:
Səthlər yoxlanılmalı, özünü daşıya bilməyən bütün qatlar təmizlənməli və uzaqlaşdırılmalıdır. Sərbəst qum, toz və yağ kimi yapışmaya mane olacaq maddələr təmizlənməlidir. Tətbiq olunacaq səthlər tam quru olmalıdır. Yeni suvaqlanmış səthlər ən azı 20 gün ərzində tam quruma üçün gözlənməlidir. Çatlaq, çuxur və ya qırıntılar varsa, Permolit Permomacun Su Əsaslı Super Akrilik Daxili Divar Macunu ilə düzəldilməlidir. Brüt betonlarda istifadə olunan qəlib ayırıcı yağlar mütləq təmizlənməlidir.
Köhnə boyalı səthlər:
Özünü daşıya bilməyən bütün qatlar təmizlənməli və uzaqlaşdırılmalıdır. Səthdəki səviyyə fərqləri Permolit Permomacun Su Əsaslı Super Akrilik Daxili Divar Macunu ilə doldurularaq düzəldilməlidir. Səthlər tam təmiz, möhkəm, quru və tozsuz vəziyyətdə olmalıdır.
Astar Çəkilməsi:
Hazırlanmış səthlərdəki mikronize tozların yapışmasını təmin etmək və yapışqanlığı artırmaq üçün:
- Sıva səthlərə Permolit Permolak Su Əsaslı Akrilik Astar və ya Permolit Permosar Silikonlu Astar.
- Alçı və macun səthlərə Permolit Permobinder və ya Permoten Saten Suvaq Astarı tətbiq olunmalıdır.
Köhnə boyalı səthlərdə rəng dəyişimi üçün Permolit Permokapar Örtücü Astar tövsiyə olunur. Son qat tətbiqinə başlamazdan əvvəl astar tam qurumalıdır (ən azı 6 saat).
İncəltmə:
Su ilə həcmin 15%-i qədər incəldilməlidir.
Permolit Super Tavan Boyası Necə Tətbiq Olunur?
Hazır vəziyyətə gətirilmiş səthə fırça, rulon və ya püskürdücü ilə ən az 2 qat tətbiq olunur. Qatlar arasında 4-6 saat gözlənilməlidir. İstifadə olunmuş alətlər su ilə təmizlənə bilər.