Sualınız var? +994 50 224 48 48 nömrəsi və ya [email protected] ünvanı ilə əlaqə saxlayın

Permolit Antibakterial Super Tavan Boyası

  • Peşəkar
  • Antibakterial
  • Nəfəs alan səthlər
  • Asan tətbiq
  • Mükəmməl örtücülük
  • Ekstra ağlıq
  • Sıçramaz
  • Ekstra məsrəf effekti

Permolit Antibakterial Super Tavan Boyası EN 5808 standartına uyğundur.

Permolit Antibakterial Super Tavan Boyası su əsaslı, antibakterial, tam mat, dekorativ, son qat tavan boyasıdır. Boyaya hazırlıq işləri tamamlanmış hər növ daxili tikinti elementlərinə tətbiq oluna bilər. Hər səthə mükəmməl yapışır, yüksək örtücülük gücünə malikdir, çatlama, qabarma və soyulma etməz. Tavanların nəfəs almasını təmin edən xüsusi struktura malikdir. Tətbiq olunan səthlərə tam mat və dekorativ görünüş verir. Asan tətbiq olunma xüsusiyyəti və ekstra matlığı ilə səthin qüsurlarını gizlədir. Hamam və mətbəx daxil olmaqla, hər səthdə birinci və son qat olaraq istifadə edilə bilər. Qoxusuz və sararmayan boyadır.

Boyama Əvvəli Necə Hazırlıq Görülməlidir?

Yeni suvaqlı səthlər:
Səthlər yoxlanılmalı, özünü daşıya bilməyən bütün qatlar təmizlənməli, sərbəst qum, toz və yağ kimi yapışmaya mane olacaq maddələrdən azad edilməlidir. Tətbiq olunacaq səthlər tamamilə quru olmalıdır. Buna görə yeni suvaqlanmış səthlər ən azı 20 gün ərzində tam oturmalıdır. Səthdə çatlar, çuxurlar və ya qırıntılar varsa, Permolit Permomacun Su Əsaslı Super Akrilik Daxili Divar Macunu ilə düzəldilməlidir. Brüt betondakı qəlib ayırıcı yağlar mütləq təmizlənməlidir.

Köhnə boyalı səthlər:
Özünü daşıya bilməyən bütün qatlar təmizlənməlidir. Səviyyə fərqləri Permolit Permomacun Su Əsaslı Super Akrilik Daxili Divar Macunu ilə doldurularaq düzəldilməlidir. Tətbiq olunmazdan əvvəl səthin təmiz, möhkəm, quru və tozsuz olduğu yoxlanılmalıdır.

Astar Çəkilməsi:

Hazırlanmış səthlərdə mikronize tozların yapışmasını təmin etmək və yapışqanlığı artırmaq üçün suvaqlı səthlərə Permolit Permolak Su Əsaslı Akrilik Astar və ya Permolit Permosar Silikonlu Astar, alçı və macun kimi yüksək udma qabiliyyətinə malik səthlərə isə Permolit Permobinder və ya Permoten Saten Suvaq Astarı tək qat tətbiq olunmalıdır. Əvvəlki boyalı və sağlam səthlərdə rəng dəyişdirilməsi üçün Permolit Permokapar Örtücü Astar ilə tək qat astarlama tövsiyə olunur. Son qat tətbiqinə başlamazdan əvvəl astarın tam quruması üçün ən azı 6 saat gözlənilməlidir.

İncəltmə:

Su ilə həcmin 15%-i qədər incəldilməlidir.

Permolit Antibakterial Super Tavan Boyası Necə Tətbiq Olunur?

Son qat üçün hazır vəziyyətə gətirilmiş səthə fırça, rulon və ya püskürdücü ilə ən az 2 qat tətbiq edilir. Qatlar arasında 4-6 saat gözlənilməlidir. İstifadə olunan alətlər su ilə asanlıqla təmizlənə bilər.

Oxşar Məhsullar

SİFARİŞ FORMU